Məsimov Tokayevdən əfv istədi

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri, dövlətə xəyanətdə, hakimiyyəti ələ keçirməyə cəhddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinən Kərim Məsimov respublika prezidenti Qasım-Jomart Tokayevə əfv olunması xahişi ilə müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Hazırda Məsimov Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin qərarı əsasında Astanada Milli Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.

“2024-cü ilin martında o, əfv üçün Qazaxıstan Respublikasının Prezidentinə vəsatət göndərib”, – MTK bildirib.

Xatırladaq ki, Kərim Məsimov və onun müavini Anuar Sadıkulov 2022-ci ilin yanvarında dövlətə xəyanətdə şübhəli bilinərək həbs ediliblər.

COP29