AFFA-nın Məşqçilər Komitəsinin nümayəndələri seleksiya xarakterli təlim-məşq toplanışında olan 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandalarının üzvləri ilə görüşüblər.
Yeniçağ. az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Məlumata görə, toplanış çərçivəsində U-17 və U-19 yığmalarının yoxlama oyunu keçirilib.
Oyundan əvvəl AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, komitənin üzvləri Ağasəlim Mircavadov və Şakir Qəribov hər iki komandanın heyəti ilə görüşüb, müvafiq tövsiyələrini veriblər.
Yeniçağ.az