Messi 100-cü qolunu vurdu – Ronaldodan sonra – VİDEO

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ötən gecə keçirilən “Barselona” – “Olimpiakos” (3:1) matçı Lionel Messi üçün əlamətdar olub.

Yenicag.az xəbər verir ki, Kataloniya təmsilçisinin superstartı sözügedən qarşılaşmada fərqlənməklə avrokuboklardakı qollarının sayını 100-ə çatdırıb.

O, bunun 97-ni ÇL-də, qalan 3-nü isə UEFA Superkubokunda vurub.

Qeyd edək ki, qitənin bir nömrəli turnirində ən çox qol vuran futbolçu “Real”ın ulduz futbolçusu Kriştiano Ronaldodur. Messi aktivində 110 qol olan portuqaliyadan sonra ikincidir.

COP29