Lionel Messi karyerasını ABŞ-da davam etdirəcək.
Yenicag.az xəbər verir ki, İspaniyanın “Mundo Deportivo” nəşri argentinalının Amerika qitəsinə yollanmağa hazırlaşdığını yazıb.
Qeyd edək ki, 32 yaşlı hücumçunun Kataloniya klubu ilə müqaviləsi 2021-ci ildə başa çatacaq.
Qəzet bildirir ki, Leo anlaşması bitdikdən sonra ABŞ-a üz tutacaq./Trend/