Messi Argentina Prezidenti ola bilər

Argentina millisinin hücumçusu Lionel Messi ölkəsinin prezidenti ola bilər. 

Yenicag.az xəbər verir  ki, bu barədə “Giacobbe & Asociados” nəşri məlumat yayıb.

Nəşr Argentina əhalisi arasında sosioloji sorğu keçirərək, futbolçu Argentina prezidenti postuna namizədliyini irəli sürərsə, insanların Messiyə səs verməyə hazır olub-olmadığını öyrənib.

Maraqlıdır ki, respondentlərin 43,7 faizi müsbət cavab verib. 17,5% “bəlkə” variantını seçib, 37,8% isə Messinin namizədliyinin əleyhinə çıxıb.

Xatırladaq ki, Argentina millisi 2022-ci il dünya çempionatının qalibi olub, Messi isə turnirin ən yaxşı futbolçusu kimi tanınıb.