Messi bu səbəbə görə Argentina millisindən AYRILDI

Argentina millisinin hücumçusu Lionel Messi Analar Gününü qeyd etmək üçün milli komandadan ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə “La Gaceta” məlumat yayıb.

Oktyabrın 15-də Messi milli komandanın məşqində iştirak edib, sonra ailəsi ilə birlikdə Analar Gününü qeyd etmək üçün şəxsi təyyarəsi ilə doğulduğu Rosario şəhərinə gedib. Argentinada bu bayram oktyabrın 15-də qeyd olunur.

Messi daha sonra milliyə qayıdacaq. O, Peru millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edə biləcək. Oyun oktyabrın 18-də baş tutacaq./Qaynarinfo