Messi DÇ-də növbəti uğura imza atdı

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi növbəti uğura imza atıb.

Yenicag.az xəbər verir ki, kapitan dünya çempionatlarında 11-ci qolunu vurub.

Belə ki, Messi Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə yarımfinal oyununda 34-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə bu uğura nail olub.

Bu, Messinin cari çempionatda beşinci qolu olub. Hesabında ümumilikdə 11 qol olan forvard hazırda forma geyinən futbolçular arasında liderliyə yüksəlib./AzərTAC/