!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Messi də insan imiş... - FOTOLAR

!Reklam – Yazi

Ötən gecə dünya çempionatının D qrupu çərçivəsində keçirilən Argentina – Xorvatiya (0:3) matçında Lionel Messinin komandasının böyük hesabla məğlub olması hələ çox müzakirə olunacaq.

Yenicag.az xəbər verir ki, nəticəyə görə ən çox tənqid olunan şəxs millinin baş məşqçisi Xorxe Sampaolidir.

Onun əsas heyətdə Anhel Di Maria, Qonzalo Hiquain, Pablo Dibala kimi ulduzlara şans verməməsi məğlubiyyətin əsas səbəbi kimi göstərilir.

Bundan başqa Argentinanın əsas qol silahı olan Lionel Messi də ümidləri puç etdi. Azarkeşlər superstara xilasedici gözü ilə baxsa da, ulduz futbolçu xorvatlar qarşısında aciz qaldı.

Ötən gecəki qarşılaşmayadək “Messi bu dünyadan deyil” deyənlərin bir çoxu fikirini dəyişərək “O da insan imiş” yönündə düşünməyə başladılar.

İndi cənubi amerikalıların qrupdan çıxmaq şansı çox çətin görünür. Argentina qrupun son matçında mütləq Nigeriya üzərində qələbə qazanıb, rəqiblərinin oyunlarında qeydə alınacaq sərfəli nəticəyə ümid bəsləməlidir.

Emin

Argentinanın böyükhesablı məğlubiyyətindən sonra yaranan mənzərəni fotolarla təqdim edirik:

www.yenicag.az

6097
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv