Messi koronavirusla mübarizəyə 1 milyon avro ayırdı

Dünyanın ən məşhur futbolçularından biri Lionel Messi bütün dünyanı təhdid edən koronavirusa qarşı mübarizəyə qoşulub.

Yenicag.az xəbər verir ki, futbol əfsanəsi xəstəliklə mübarizə aparmaq məqsədi ilə bir milyon avro ayırıb.

Pulun yarısı Barselonada yerləşən Tibbi mərkəzə, digər yarısı isə Argentinada yerləşən xəstəxanalardan birinə verilib.