Messi onu toyuna çağırmadı

“Barselona”nın ulduz futbolçusu Lionel Messi toy ərəfəsindədir.

Yenicag.az xəbər verir ki, Argentina millisinin üzvü iyunun 30-da nişanlısı Antonella Rokkuzo ilə evlənəcək.
Yayılan məlumata görə, superstar xoş gününə 700 qonaq çağırıb. Ancaq maraqlıdır ki, həmin qonaqlar arasında “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikenin və onun köməkçilərinin adı yoxdur.

Qeyd edək ki, Messi Rosario şəhərində baş tutacaq toy mərasimində yığılacaq məbləği Argentinadakı yardım fonduna yatırmağı planlaşdırır.

Maraq üçün onu da bildirək ki, Messi ilə Rokkuzonun 2 oğlu var.

Yenicag.az

COP29