“Barselona” futbol klubunun argentinalı oyunçusu Lionel Messi koronavirus pandemiyası zamanı işləyən tibb işçilərinə təşəkkür edib.
Yenicag.az xəbər verir ki, bu barədə L.Messi öz “Twitter” səhifəsində yazıb.
Argentinalı futbolçu bildirib: “Dünən tibb işçilərinin günü idi. Mən UNİSEF ilə birlikdə onlara gördüklərə işlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Bizim koronavirusdan qorunmağımız üçün gecələri və gündüzləri ailələrindən uzaqda keçirən qəhrəmanlar”.
Qeyd edək ki, Con Hopkins Universitetinin məlumatına əsasən, dünyada koronavirusa 1,8 milyondan artıq insan yoluxub, 110 mindən artıq insan isə ölüb.