Messi və Ronaldo eyni çempionatda oynaya bilər

Lionel Messi və Kristiano Ronaldo eyni liqada çıxış edə bilər.

Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanı adıçəkilən iki ulduzun da Səudiyyə Pro Liqasında çıxış etməsini istəyir. Ərəblər Messiyə 6 aylıq icarə təklifi göndərəcək.

Qeyd edək ki, Messinin MLS-dəki növbəti oyunu 4 ay sonra (fevral ayında) olacaq. “İnter Mayami” daha öncə turnirin pley-offlarına yüksələ bilməmişdi.