Messidən Arda Turana böyük jest

38398“Barselona” futbol klubunun türk yarımmüdafiəçisi Arda Turan deyib ki, o, Lionel Messinin 10 nömrəli futbol maykasını daşımaq şərəfinə nail ola bilər. Arda Turanın sözlərinə görə, nömrəni Messi özü ona təklif edib.

“Türkiyə millisi üçün oynamağa başlayanda özümə 14 nömrəli futbolkanı götürdüm. Çünki atam holland futbolçu Kroyfun böyük pərəstişkarı olub. Ancaq nömrə mənim üçün elə də böyük əhəmiyyət daşımır. Hələ ki, düşünürəm. Ancaq Messi mənə dedi ki, əgər istəsən, 10 nömrə sənin olacaq” – deyə Arda Turan bildirib.

28 yaşlı Turanın “Barselona”ya keçidi haqda iyul ayının əvvəli elan edilmişdi. Transfer 34 milyon avroya başa gəlib.