Messidən daha bir rekord

Argentina millisinin futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Yenicag.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna Ekvadora 1:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə mərhələ matçında nail olub.

Komandasının yeganə qoluna imza atan təcrübəli forvard 6 fərqli dünya çempionatının həm final, həm də seçmə mərhələsində fərqlənən ilk futbolçu kimi tarixə düşüb.

Futbolçu Ölkə Say Fərqləndikləri mundiallar və seçmə mərhələlər
Lionel Messi Argentina 6 2006(0+1), 2010(4+0), 2014(10+4), 2018(7+1), 2022(7+7), 2026(1+0)
Rassell Latapi Trinidad və Tobaqo 5 1990(0+0), 1994(1+0), 1998(3+0), 2002(3+0), 2006(1+0), 2010(1+0)
Karlos Ruiz Qvatemala 5 2002(8+0), 2006(10+0), 2010(6+0), 2014(6+0), 2018(9+0)
Kriştianu Ronaldu Portuqaliya 5 2006(7+1), 2010(0+1), 2014(8+1), 2018(15+4), 2022(6+1)