Messidən daha bir REKORD – Ronaldonu qabaqladı

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messiyə “Qızıl buts” mükafatı təqdim edilib.

Yenicag.az-ın məlumatına görə, 2018/19 mövsümündə La Liqada 36 qol vuran L.Messi 72 xal toplayıb. 32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib.

Qeyd edək ki, L.Messi karyerasında bu mükafatı 6-cı dəfə qazanaraq əzəli rəqibi Kriştiano Ronaldonu geridə qoyub. O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb.