Messidən maraqlı ÇAĞIRIŞ

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandasının futbolçusu Lionel Messi klubun azarkeşlərinə müraciət edib. Argentinalı hücumçu bu barədə instaqramdakı hesabında yazıb.

“Həyatımda yeni mərhələyə başlayıram və bunu böyük motivasiya və hər gün yeni şeylər öyrənməyə davam etmək arzusu ilə edirəm. PSJ hədəflərinə nail olmaq üzərində işləyəcəyik”, – Messi sosial şəbəkədə yazıb.

Qeyd edək ki, avqustun 5-də İspaniyanın “Barselona” klubu ölkə çempionatının maliyyə qaydalarına görə Messinin komandadan getdiyini elan edib.