UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu ada Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski layiq görülüb.
31 yaşlı polşalı hücumçu V turda Serbiyada “Srvena Zvezda”nı məğlub etdikləri görüşdə (6:0) dörd qol vuraraq poker edib.
O, İspaniya “Barselona”sından Lionel Messi, Fransanın PSJ klubunun qapıçısı Keylor Navas və İtaliya “İnter”inin forvardı Romelu Lukakunu geridə qoyub.