“İnter Mayami” argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzalamağa yaxındır.
Amerika klubu argentinalı superulduzun Qətərdəki dünya çempionatından sonra müqavilə imzalayacağına və 2022/23 mövsümünün sonunda komandaya qoşulacağına əmindir.
Mənbənin sözlərinə görə, Devid Bekhemə məxsus klubla müqavilə imzalayarkən L.Messi MLS-in ən çox maaş alan futbolçusu olacaq.
Argentinalıya kömək etmək üçün onun keçmiş komanda yoldaşları Sesk Fabreqas və Luis Suaresi də almaq olar.
Xatırladaq ki, L.Messi 2021-ci ilin avqustunda PSJ-yə keçmişdi. 18 il “Barselona”da qaldıqdan sonra argentinalı komandanı tərk etmək qərarına gəlib.
Bu mövsüm L.Messi komandasının Fransa çempionatında 12 oyununda iştirak edib, 7 qol vurub və 7 məhsuldar ötürmə verib. Argentinalı futbolçu ötən mövsüm 26 oyunda 6 qol vurub və 13 məhsuldar ötürmə edib./Oxu.az/