Messiyə nə olub?

“Barselona”ın ulduz futbolçusu Lionel Messi qara zolağa düşüb.

Yenicag.az xəbər verir ki, argentinalı artıq 6 oyundur ki, La Liqada qol vura bilmir.

Superstar sonuncu dəfə belə uğursuzluğa 7 il əvvəl düçar olub. O, 2010-cu ilin yayında ardıcıl 7 oyunda qol vura bilməyib.

Bu uğursuzluğa baxmayaraq, Messi yenə də bombardirlər siyahısına başçılıq edir. 13 turdan sonra argentinalının aktivində 12 qol var.