7 iyun seçkilərindən istədiyi sonucu ala bilməyən AKP 1 noyabra çox ciddi hazırlaşır. Yenicag.az xəbər verir ki, yenidən təkbaşına iqtidar olmaq üçün məşhur isimlərə önəm veriləcək.
Bu şəxslərdən biri keçmiş baş nazır Məsud Yılmazdır. Türk mediasının verdiyi xəbərə görə, M.Yılmaz da bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, Yılmaz seçkilərdən sonra prezident Ərdoğanın qonağı olmuşdu.