Məsut Özil atasını toyuna çağırmadı – 630 minlik qalmaqal – VİDEO

İngilis futbol komandası “Arsenal”ın futbolçusu Mesut Özil 2014-cü ildə Türkiyə gözəli seçilmiş Amine Gülşen ilə ailə həyatı qurub.

Yenicag.az xəbər verir ki, bir çox tanınmış futbolçuların və məşhurların qatıldığı toyda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan cütlüyün nikah şahidi olub.

Bununla belə, nikah qalmaqalsız ötüşməyib. Belə ki, nikahdan sonra çəkdirilən ailə şəklində R.T.Ərdoğan və xanımı, həmçinin Özil və Gülşənin ailələri olsa da, şəkildə Məsut Özilin atası yer almayıb.

Qeyd edək ki, Məsut Özil və Mustafa Özilin münasibətləri 5 il bundan əvvəl pozulmuşdu. Onlar arasında yaşanan 630 min avroluq mübahisə məhkəməyə qədər gedib çıxmışdı.

O dönəmdə Alman qəzetlərinin birində çıxan xəbərə görə, ata Mustafa Özil oğlundan menecerlik haqqı olaraq 6oo min avro, onun reklamda oynamasını təşkil etdiyi üçünsə 30 min avro tələb etmiş və luks maşının ona verilməsini istəmişdi.

Bu səbəbdən də o zamandan bəri ata və oğulun münasibətlərinin soyuq olduğu iddia edilmişdi.

Toyda çəkilən şəkildə Mustafa Özilin olmaması bu iddiaları bir daha gündəmə gətirib.