Ulduz futbolçu metroda: “Belə daha rahatdır”

İngiltərənin “Arsenal” klubunun türk əsilli almaniyalı yarımmüdafiəçisi Məsut Özil bir günlük turist olub.

Yenicag.az xəbər verir ki, avtomobili ilə gəzintidən imtina edən ulduz futbolçu bu dəfə Londonu metro ilə gəzib. Artıq bir neçə ildi yaşadığı İngiltərə paytaxtını daim bahalı maşınları ilə gəzən Məsutun bu dəfə metronu seçməsi diqqətdən yayınmayıb.

Şəhərdə gəzərkən və metroda çəkdirdiyi şəkilləri sosial şəbəkə hesablarında paylaşan futbolçu bunları qeyd edib: “Bu günü turist günü elan etdik. Belə daha rahatdı”.

COP29