Mesut Özil yeni klubunu açıqladı

Almaniya millisinin futbolçusu Mesut Özil karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

Yenicag.az xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib.

Yayılan məlumata görə, ulduz futbolçunun özü də komanda yoldaşlarına “qırmızı-şeytanlar”la müqavilə bağlayacağı günü açıqlayıb.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi “Arsenal”a 2013-cü ildə “Real”dan transfer olunub.