“Twitter”ə yeni rəqib gəlib.
Yenicag.az xəbər verir ki, “Facebook”un sahibi olan “Meta” şirkətinin yaratdığı və “Twitter”i əvəz edə biləcək “Threads” tətbiqi iyulun 6-sı istifadəyə veriləcək.
“Instagram” ilə birlikdə işləyəcək “Threads App Store”da artıq yerini alıb. Tətbiqin skrinşotları onun “Twitter” kimi interfeysə malik olduğunu göstərir. “Meta” platformanı “mətn əsaslı söhbət proqramı” kimi təqdim edir.