“Meta Platforms” işçi qüvvəsinin təxminən 13 faizinin ixtisar ediləcəyini təsdiqləyib.
Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, bununla bağlı “Meta”nın baş direktoru Mark Zukerberq açıqlama verib.
O, 2023-cü ilin birinci rübünə qədər yeni işə qəbulun dayandırılmasını və 11 mindən çox işçinin ixtisar ediləcəyini təsdiqləyib.
İşçilərindən üzr istəyən M. Zukerberq işdən çıxarılma qərarına səbəb kimi şirkət gəlirlərinin azalmasını göstərib:
“Bu gün Meta tarixində etdiyimiz ən çətin dəyişikliklərdən bəzilərini paylaşıram. Komanda sayımızı təxminən 13 faiz azaltmaq və 11000-dən çox istedadlı işçimizi işdən kənarlaşdırmaq qərarına gəldim. Biz həmçinin diskresion xərcləri azaltmaqla və işə qəbulun dondurulmasını birinci rübdə uzatmaqla daha səmərəli şirkət olmaq üçün bir sıra əlavə addımlar atırıq. Bunun hamı üçün çətin olduğunu bilirəm və bu vəziyyətdən təsirlənənlərə xüsusilə təəssüflənirəm. Biz daha çox resurslarımızı (AI) Kəşf Mühərriki, reklamlar, biznes platformalar və “Metadata” kimi yüksək prioritet inkişaf sahələrinə köçürdük”.
İşlərin gözlənildiyi kimi getmədiyini deyən Zukerberq, makroiqtisadi tənəzzül, artan rəqabət və reklam gəlirlərindəki itkilərin şirkət gəlirlərinin azalmasına səbəb olduğunu qeyd edib.
Gülşən