Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Metaləritmə sexi cərimələndi - SƏBƏB

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında fəaliyyət göstərən “Az Lead” MMC-yə məxsus metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında araşdırma və monitorinq keçirilib.

Yenicag.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında 4 saylı Regional ekologiya idarəsinin rəisi Mübariz Vəliyev bildirib.

Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazinin atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və etil-benzolun qatılığının normadan 1,6 dəfə artıq olduğu müəyyən edilib.

Faktla bağlı MMC-nin direktoru Elman Abdullayev barəsində akt və protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

www.yenicag.az

1111
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM