Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Fikirlərini Yenicag.az-la bölüşən müğənni “heç vaxt evli kişi ilə eşq yaşamaram” deyib:
“Heç vaxt haram tikə yeməmişəm. Məni tanıyanlar bunu yaxşı bilir. Kiminsə ailəsini əlimə keçirtmək fikrim də olmayıb. Mənə nolub, subay xanımam. Niyə evli kişiylə eşq yaşamalıyam? O qədər subay bəylər var ki… Özüm ailəli qadın olsam, kimsə mənim yuvamı dağıtsa, mənə xoş gələr? Əlbəttə gəlməz”.
Müğənni saysız-hesabsız evlilik təklifləri aldığını da gizlətməyib:
“Minnətləri olsun. Mənə evlilik təklifləri olur. Kişilər hansı qadına nə təklifi etməyi yaxşı bilir. Yaxşı bilirlər ki, Mətanətə yalnız evlilik təklifi etmək olar, artıq-əskik danışsa, tutub başını partladaram”.
Cəvahir
Yenicag.az