Mətanət QINADI: “Sənət qalıb qıraqda, kim kimin ayaqqabısını geyinməyindən danışırıq”

“İndi dövr, gündəm başqadır, insanlar da o qalmaqallara inanmır”.

Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva verilişində deyib.

O, uzun illər əvvəl qalmaqalların gündəmdə olduğunu, lakin zaman keçəndən sonra insanların o qalmaqallara inanmadığını bildirib:

“Şoular o vaxtlar idi. O vaxt ATV kanalında gündəlik verilişim var idi. Qalmaqal da orada qaldı, qurama da, hər şey də… İndi insanlar da o qalmaqallara inanmır. İndi o mətbəxdə xörəyi insanlara yedizdirmək olmur. Sənət qalıb qıraqda, kim kimin ayaqqabısını geyinməyindən danışırıq”.

Nehru

COP29