Mətanət: “Qızım deyir ki, o şəkillərimi paylaşma”

Əməkdar artist Mətanət İsgəndərli Türkiyəyə gəlin köçən qızından danışıb.

Yenicag.az-a açıqlama verən müğənni başqa ölkədə yaşamasına baxmayaraq, qızının hər zaman buradakı insanları, cəmiyyəti nəzərə aldığını bildirib:

“Bir də görürsən qızımın müxtəlif geyimlərdə fotolarını paylaşıram. Deyir ki, ana, xahiş edirəm, çalış insanların qınağına səbəb oal biləcək fotolarımı paylaşma. Çünki hər ölkənin öz düşüncə tərzi var. Türkiyə, yaxud da başqa ölkələrdə normal qarşılanan bir paylaşım bizdə başqa cür qarşılana bilər. Qızım da bunu bilir və hər zaman nəzərə alır. Hərdən deyirəm ki, halal olsun sənə Ülkər, başqa ölkədə gəlin olsan da, burdakı çevrəni və cəmiyyəti düşünürsən”.

Cəvahir

COP29