Mətanətdən etiraf : “Güclü kişi qarşıma çıxsaydı…” – VİDEO

Müğənni Mətanət Əsədova özünü xoşbəxt qadın saymadığını bildirib.

Yenicag.az xəbər verir ki, ARB-nin “Səhər-səhər” verilişində “Güclü kişi qarşıma çıxsaydı, zülmdən qurtarardım” sözlərini deyib. O bildirib:

“Xoşbəxt deyiləm. Xoşbəxt onda olardım ki, oturardım evdə. Çörək qazanmaq üçün oxuyuram. Xoşbəxtlik deyil. Onda xoşbəxt olardım ki, özümdən güclü kişi qarşıma çıxardı, mən də evdə oturardım. Heç nəyin qiymətini bilməzdim. Bilərdim ki, mənim işimi görən biri var. O vaxt xoşbəxt olaram ki, mən bu zülmdən qurtararam”.

Həmən görüntüləri təqdim edirik:

 

COP29