Sərxan Kərəmoğlu qalmaqal yaşadığı müğənni Mətanət Əsədovanı məhkəməyə verib. Bunu prodüser Tolik “Hər şey daxil” verilişində bildirib.
Yenicag.az-a açıqlama verən Mətanət Əsədova isə məhkəməyə verildiyindən xəbərsiz olduğunu deyib:
“Nə məhkəmə? Xəbərim yoxdur. Verirsə, versin, özü bilər. Bu barədə heç bir kəlmə də olsun danışmaq istəmirəm”.
Qeyd edək ki, M.Əsədova ilə Kərəmoğlu arasında qalmaqalın təməli “Hər şey daxil” verilişində qoyulub.
Mətanət canlı yayımda Sərxana belə deyib: “Gedək həkimə, qadınlığımı sübut edəcəm. Amma sən kişiliyini sübut edə bilməyəcəksən. Səni əzəcəklər, mən yox, başqası”.
Cəvahir