!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mətanətdən qalmaqallı sözlər: “O, oxuyanda televizoru söndürürəm”

!Reklam – Yazi

Müğənni Mətanət Əsədova səsini və ifa tərzini bəyənmədiyi həmkarlarından danışıb.

Yenicag.az-a açıqlama verən müğənni onları dinləmədiyini bildirib:

“Alim Qasımov kimi sənətkarın yetirməsiyəm, gənc ikən özüm də sənətkar kimi tanınmışam. Özümə hörmət edən xanımam, hər adamın ifasını da nə dinləyib, nə də bəyənirəm. Xoşlamadığım müğənni oxuyanda televizoru söndürürəm. Ümumiyyətlə, elə insanları görmürəm, çünki görüb zövqümü korlamaq istəmirəm”.

Bununla belə, sənətçi heç vaxt bəyənmədiyi həmkarının adını çəkib, onu təhqir etmədiyini də bildirib:

“Xasiyyətimdə yoxdur ki, kiminsə qəlbini qırım. Buna görə də adlarını çəkib, xətirlərinə dəymirəm. Çünki Allahdan qorxan adamam. Nəyimə lazımdır kiminləsə qalmaqal yaşayım. Bəzən deyirlər filan müğənni açıq-saçıq geyindi. Əcəb edir, özü bilər. Elə özümə də aiddir bu sözlər”.

Cəvahir

www.yenicag.az

6086
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv