“Meta” məxfi məlumatların sızması səbəbindən təxminən 20 əməkdaşını işdən çıxarıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin sözçüsü Dave Arnold məlumat yayıb.
“Araşdırma nəticəsində təxminən 20 işçi məxfi məlumatları şirkətdən kənarda paylaşdıqlarına görə işdən çıxarılıb”, – o, qeyd edib.
Sözçü hansı məlumatların paylaşıldığını açıqlamayıb.