Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Yenicag.az xəbər verir ki, toplantını açan komissiya sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Müzakirəyə çıxarılan ikinci məsələ “Keşlə Futbol Klubu” PFK-nın futbolinfo.az və futbolpress.az saytlarına qarşı şikayəti olub. PFK Müşahidə Şurasının şikayəti qeyd edilən saytlarda yayımlanan tənqidi materiallarda “qarşı tərəfin mövqeyinin dərc edilməməsi”, “PFK Müşahidə Şurası sədrinin işgüzar nüfuzuna xələl gətirilməsi” olub. Məsələnin müzakirəsi zamanı müəyyən edilib ki, futbolinfo.az və futbolpress.az saytlarında yayımlanan və şikayət doğurmuş yazılarda “işgüzar nüfuza xələl gətirilməsi” hallarına yol verilməsi barədə iddialar təsdiqini tapmır. Balans prinsipinin pozulması halları mövcuddur ki, bunun aradan qaldırılması üçün sayt təmsilçilərinə tövsiyyələr verilib. “Keşlə Futbol Klubu” PFK-ya isə media ilə əlaqələrində daha açıq olmaq, operativliyi artırmaq üçün daha müasir vasitləri tətbiq etmək tövsiyyə edilib.