!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat Şurası monitorinqin nəticəsini açıqladı

!Reklam – Yazi

fd2674cc16abcac348681bb518f1f3abAzərbaycan Mətbuat Şurasının (MŞ) 1 noyabr parlament seçkiləri ilə əlaqədar yaratdığı “qaynar xətt” və Şuranın İdarə Heyətinin üzvlərindən, həmçinin quruma üzv kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət monitorinq qrupu fəaliyyətini başa vurub.

Şuradan verilən məlumata görə, saat 08.00-dan 19.00-dək olan müddətdə jurnalistlərin parlament seçkisini işıqlandırmalarına hər hansı maneə faktı qeydə alınmayıb, media mənsubları seçki məntəqələrində sərbəst şəkildə vəzifələrini icra ediblər.

MŞ-nin monitorinq qrupu məntəqələrdə bunun üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu qeyd edib. Şuranın “qaynar xətt”inə cəmi bir müraciət daxil olub. Mərkəzi Seçki Komissiyasının köməkliyi ilə “Report” İnformasiya Agentliyinin müxbiri Orxan Əzimovun 24 saylı Nizami I seçki dairəsinin 19 və 20 saylı məntəqələrində peşə fəaliyyətini sərbəst yerinə yetirməsi təmin edilib, yaranmış anlaşılmazlıq operativ şəkildə aradan qaldırılıb.

Gün ərzində MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvlərindən “Bakı xəbər” qəzetinin baş redaktoru, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl bir sıra məntəqələrdə seçkini gedişini izləyib, jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.

Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə gün ərzində bəzi deputatlığa namizədlərin seçki qərargahlarından müraciətlər daxil olub. Müraciət müəllifləri mübarizə apardıqları dairədəki digər namizədlərin müxtəlif media vasitələrindən yararlanaraq təbliğat və əks-təbliğat işləri apardıqlarını vurğulayıblar. Bu baxımdan eyni dairə ərazisindəki seçki məntəqələrində bir internet informasiya resursunun çoxsaylı əməkdaşının mövcudluğuna, onların seçicilərlə təmaslarda media mənsubu kimi deyil, namizədin tərəfdarı olaraq davranmalarına dair məqamlar qabardılıb. Müraciətlərdə həmçinin ayrı-ayrı saytların materiallarında yol verildiyi iddia edilən qanun pozuntusunun konkret namizədin (ad çəkilməklə) xeyrinə aparıldığının bildirilməsi də narazılıq doğurub.

Mətbuat Şurası bunları nəzərə alaraq jurnalistləri parlament seçkilərində ədalətli rəqabətə maneçilik törədən fəaliyyətdən uzaq durmağa, tərəfsiz mövqedən çıxış etməyə çağırıb. Ümumən Azərbaycan mediası 1 noyabr parlament seçkisini yüksək səviyyədə işıqlandırıb. Materialların mütləq əksəriyyətində peşə prinsiplərinə riayət edilərək tam tərəfsizlik gözlənilib. /APA

www.yenicag.az

524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv