Mətbuat Şurasında yeni TƏYİNAT

Azərbaycan Mətbuat Şurasında yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, jurnalist Fəridə Ağazadə Mətbuat Şurasının icraçı katibinin müavini təyin edilib.

F.Ağazadə təyinatı təsdiqləyərək bunları deyib:
“Bu gündən fəaliyyətimi Azərbaycan Mətbuat Şurasında icraçı katibin müavini kimi davam etdirəcəyəm. Mənim üçün böyük etimaddır. İnanıram ki, bu etimadı layiqincə doğuruldacağam”.