Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mətbuat Şurasından Baş prokurora və Ukrayna səfirinə müraciət

Azərbaycan Mətbuat Şurası “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər tərəfindən izlənilməsi ilə bağlı Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova və Ukraynanın Azərbaycandakı Səfirliyinə məktub ünvanlayıb.

Məktubda bildirilir ki, agentliyin əməkdaşı Mübariz Aslanov 2018-ci il noyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər tərəfindən izlənilib, silahlı hədəyə məruz qalıb, jurnalistin fotosu çəkilib.

Müraciətdə eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğunun, həm də Urkaynanın Azərbaycandakı Səfirliyinin məsələyə həssas yanaşacağına, jurnalistlə bağlı yaranmış durumu nəzarətə götürəcəyinə, müvafiq tədbirlərin görülməsinə yaxından köməklik göstəriləcəyinə əminlik ifadə olunub.

www.yenicag.az

1260
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM