!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlandı - SİYAHI

!Reklam – Yazi

Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.

Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected]  e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:

Jurnalist namizədlər
Ad, soyad Vəzifəsi Topladığı səs
1. Rəşad Məcid “525-ci qəzet”in baş redaktoru 103
2. Vüqar Rəhimzadə “İki sahil” qəzetinin baş redaktoru 72
3. Vüsalə Mahirqızı APA Holdinqin rəhbəri 66
4. Elçin Mirzəbəyli “Xalq cəbhəsi” qəzetinin baş redaktoru 65
5. Aydın Quliyev “Bakı xəbər” qəzetinin baş redaktoru 64
6. Hacıbəy Heydərli “Azxeber.com” saytının baş redaktoru 63
7. Azər Həsrət “Bayraqdar.info” saytının baş redaktoru 62
8. Akif Aşırlı “Şərq” qəzetinin baş redaktoru 57
9. Rauf Arifoğlu “Yeni Müsavat” Media Qeupunun rəhbəri 54
10. Alqış Musayev “Yeni Azərbaycan” qəzetinin baş redaktoru 51
11. Fuad Hüseynəliyev “Report” İnformasiya Agentliyinin baş direktoru 49
12. Aynur Camalqızı Teleqraf Holdinqin rəhbəri 43
13. Qalib İbrahimoğlu “Bakıvaxtı.az” saytının baş redaktoru 42
14. Vasif Həsənli “Demokrat.az” saytının baş redaktoru 39
15. Emin Musəvi “ASAN radio”nun direktoru 37
16. Səadət Məmmədova Televiziya jurnalisti 36
17. Fərid Şahbazlı “Editor.az” saytının baş redaktoru 36
18. Səbuhi Abbasov “7news.az” saytının baş redaktoru 35
19. Niyaz Niftiyev “Xezernews.az” saytının baş redaktoru 35
20. Rafail Becanov “Cümhuriyyət” qəzetinin baş redaktoru 30
21. Elşad Eyvazlı “Modern” Media Qrupun rəhbəri 25
22. Afiq Mirzəbəyli “Reytinq” qəzetinin baş redaktoru 23
23. Aqil Ələsgər “Yeni Çağ” Media Qrupunun rəhbəri 23
24. Aqil Camal “Türküstan” qəzetinin baş redaktoru 22
25. Bəhruz Quliyev “Səs” qəzetinin baş redaktoru 17
26. Yunus Oğuz “Olaylar” qəzetinin baş redaktoru 17
27. Məğrur Əliyev “Təbib” qəzetinin baş redaktoru 17
28. Zahir Əzəmət “Qaynar.info” saytının baş redaktoru 14
İctimaiyyətdən olan namizədlər
1. Əflatun Amaşov Mətbuat Şurasının sədri 112
2. Müşfiq Ələsgərli Jurnalistlərin Həmkarlar İttifaqının sədri 82
3. Yadigar Məmmədli Demokratik Jurnalistlər Liqasının sədri 66
4. Ceyhun Musaoğlu Jurnalist Ekspert Mərkəzinin sədri 62
5. Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri 58
6. Qulu Məhərrəmli BDU Jurnalistika fakültəsinin professoru 57
7. Vüqar Zifəroğlu BDU jurnalistika fakültəsinin dekanı 48
8. Fərid Pərdəşünas “Technote Media” şirkətinin icraçı direktoru 45
9. Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin şöbə müdiri 36
10. Mətin Məmmədli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru 34
11. Müsəllim Həsənov Bakı Media Mərkəzinin əməkdaşı 33
12. Şəmsəddin Əliyev “Polisə dəstək” İctimai Birliyinin sədri 28
13. Yeganə Hacıyeva Politoloq, Gənc Demokratlar İnstitutunun sədri 27
14. Bəhruz Məmmədzadə “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini 25
15. Vüsalə Hüseynli İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri 23
16. Azər Sarıyev Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı 18
17. Nadir İsmayılov Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri 14
18. Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri 13

İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcəkdir.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.

 

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv