Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mətbuat Şurasının sədri Prezidentə jurnalistlər adından təşəkkür etdi

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov çoxsaylı mətbuat nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar atılan növbəti addıma münasibət bildirib.

Yenicag.az-ın məlumata görə, Əflatun Amaşov sosial şəbəkədəki şəxsi səhifəsində Prezident İlham Əliyevə media mənsubları adından təşəkkür edib: “Cənab Prezident, yüzlərlə jurnalist ailəsinə mənzil sevinci bəxş etdiyiniz üçün Sizə media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk. Hər bir vətəndaş üçün Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Media təmsilçilərimizə bu misilsiz hissi yaşatdığınıza görə minnətdarıq!”

P.S. Qeyd edək ki, Azərbaycan Prezidentinin sevinc bəxş etdiyi jurnalistlər arasında Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər də var. Bu böyük etimada görə, Yenicag.az ailəsi Prezidentimizə dərin təşəkkürünü bildirir.

Yenicag.az

www.yenicag.az

642
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100