Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Mətbuat xalqın inkişafı üçün var gücü ilə çalışıb” - PA-nın şöbə müdiri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib.

Yenicag.Az AzVision.az-a istinadən xəbər vrtir ki, komitənin sədri Hicran Hüseynova Azərbaycan xalqının inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu qeyd edib: “Ötən 25 ildə bütün sahələrdə olduğu kimi medianın da inkişafı göz önündədir. Bu ölkə başçısının müstəqil mətbuatın formalaşmasına və inkişafına diqqətin, qayğının göstəricisidir. Bu gün yüzlərlə qəzet-jurnal nəşr olunur. Onlar özlərinə geniş oxucu auditoriyası toplamış və qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib. Hazırda ailə və milli mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər mətbuat orqanlarında geniş işıqlandırılır”.

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Azərbaycan mediası 142 illik zəngin yol keçib. Yarandığı gündən etibarən Azərbaycan cəmiyyətinin maraqlandıran, onun mənafeyinə uyğun olan maarifləndirmə işləri aparıldığını deyən Ərəstun Mehdiyev mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirib: “Mətbuat xüsusən cəmiyyət üçün ağrılı problemlərini qaldırılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatı hər zaman xalq ilə bağlı olub, onun inkişafı üçün var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuatın Azərbaycan dövlətinin inkişafında, problemlərinin həllində mühüm rolu olub. Sevindirici haldır ki, 2010-cu ildə cənab prezidentin təşəbbüsü ilə təməli qoyulmuş bina 2013-cü ildə istifadəyə verildi. Bu gün isə növbəti binanın açılış mərasimi keçirildi. Artıq üçüncü binanın təməli qoyulub. Bu, Azərbaycan prezidentinin mətbuata diqqət və qayğısının bariz nümunəsidir. Sevindirici haldır ki, mətbuat hər zaman ailə məsələlərini, milli dəyərlərin qorunub saxlanılmasını diqqətdə saxlayıb. Mən inanıram ki, bu həssas, peşəkar, diqqətli münasibət bundan sonra da davam edəcək”.

Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik edib, onlara işlərində uğurlar arzu edib. Sona Vəliyeva Azərbaycan mətbuatının formalaşması tarixinə nəzər salıb, bildirib ki, biz həyatımızı informasiyasız təsəvvür etmədiyimizə görə bu bayram təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır: “Azərbaycan mətbuatı şanlı tarixə malikdir. Biz hər birimiz bu tarixlə fəxr edirik. Bu gün Azərbaycan mətbuatı inkişaf yolundadır. Bu inkişafın daha da sürətlənməsi üçün Azərbaycan dövləti hər bir dəstəyini göstərir. Ölkəmizdə mətbuat azadlığı, söz azadlığı təmin edilib. Bu gün hamımız Azərbaycandakı mətbuat azadlığından məsuliyyətlə istifadə etməliyik”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə mətbuat üçün yaradılan şəraitdən danışıb, dövlət və mətbuat münasibətlərinin, medianın peşəkarlıq səviyyəsinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. O, ailə və qadın məsələlərinə münasibətdə medianın həssas və məsuliyyətli olmasının vacibliyi qeyd edib. Konfransda ASAN Radionun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sorğunun nəticələri təqdim olunub. Tədbirin sonunda jurnalistlərə diplom və mükafatlar təqdim olunub.

Yenicag.Az

www.yenicag.az

462
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM