Meteohəssas insanlar diqqətli olsun

49097fcc31f4b121352e36406f0ba530Meteohəssas insanlarda narahatlıq yarana bilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, lakin yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 8-10-da Abşeron yarımadasında əsən mülayim küləklərin üstünlüyü müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün narahatlıq yarada bilər(APA).