Meteohəssas insanlar üçün çətin gündür

Bu gün geomaqnit qasırğası ehtimalı var.

Yenicag.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Gün ərzində geomaqnit sahəsinin intensivliyi G1-G2 səviyyəsinədək yüksələ bilər.

Yüksək Sürətli Tac Dəliyi Axınlarınının aktiv kosmik hava şəraitinin 12 martadək davam edəcəyi gözlənilir.