Meteohəssas insanlara XƏBƏRDARLIQ

Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.
Bildirilib ki, fevralın 16-da Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.