Metro nə vaxt açılır? – RƏSMİ AÇIQLAMA

“Metronun fəaliyyətinin bərpa olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı bir qərarı yoxdur; nə rəsmi, nə də şifahi”.

Bunu Yenicag.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yanvarın 31-də metronun açılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

O, Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma fəaliyyəti yanvarın 31-dək dayandırılıb və nə vaxt bərpa olunacağı ilə bağlı qərarı gözləyirik. Hələ ki, quruma heç bir məlumat daxil olmayıb. Bununla belə hazırlıqlarımız davam edir”.

Cəvahir