Venesuelanın paytaxtı Karakasda metro sərnişinlər üçün pulsuz olub.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, buna ölkədə kağız çatışmazlığı səbəb göstərilir. Bu üzdən sərnişinlərə bilet hazırlamaq müşkülə çevrilib. Ölkə rəhbərliyi isə vəziyyətdən çıxış yolunu metronu sərnişinlər üçün pulsuz etməkdə görüb.
Məlumata görə, hazırda metronun 53 stansiyasının turniketləri sərnişinlər üçün biletsiz açılır. Karakasda hər gün metrodan 2 milyondan çox insan istifadə edir.
Venesuela hazırda ağır iqtisadi böhran içindədir. Bu üzdən də ölkə rəhbərliyi nəqliyyat sistemi də daxil olmaqla, xərclərə qənaət etmək məcburiyyətində qalıb.