!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metro relsinin üzərində çəkilən şəkil - Xalq artisti də orada olub

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Bakı Metrosunda çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Metronun “Nəriman Nərimanov” stansiyasında lentə alınan görüntüdə 21 yaşlı Arzu Əhmədova metro relslərində çəkdirdiyi sözügedən fotonu instagram səhifəsində paylaşıb.

Yenicag.az xəbər verir ki, azxeber.com-a hadisənin təfərraüatı məlum olub.

Belə ki, bu foto film çəkilişləri zamanı lentə alınıb. “Qaynana-2018” filminin çəkilişləri zamanı lentə alınan foto sosial şəbəkələrdə gündəmə çevrilib.

Çəkilişdə xalq artisti Flora Kərimova da iştirak edib. Çəkilişə icazəni isə Bakı Metropoliteninin rəisi Zaur Hüseynov verib. Çəkiliş yüksək təhlükəsizlik şəraitində və qeyri-iş saatında – gecə saat 4-də baş tutub.

Foto isə iddia olunduğu kimi, fotoşop deyil, realdır. Sadəcə Arzu Əhmədova bunun açıqlamasını vermədiyi üçün bu qədər söz-söhbətə səbəb olub.

www.yenicag.az

1899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv