“Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.
Bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur: “Bilirsiniz ki, metroda gediş haqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. Bakı metropoliteni gediş haqlarını tənzimləmək səlahiyyətinə malik deyil. Bakı metropoliteni isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib”.