Metroda gediş haqqının artırılacağı xəbərinə RƏSMİ CAVAB

“Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur”.

Bunu metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında bildirib.

O, metroda gediş haqqınn artırılacağı ilə bağlı yayılan xəbərə aydınlıq gətirib:

“Bakı Metropoliteni” QSC-nin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. Həmçinin metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”.

Cəvahir