!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Metroda gedişhaqqı 30 qəpik olacaq? — AÇIQLAMA

!Reklam – Yazi

Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib.

Gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

Məsələnin gerçəkliyini öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq.

N.Paşayev Lent.az-a açıqlamasında bildirib ki, bu məsələ hazırda müzakirə edilmir: “Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.

Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmadı.(lent.az)

Yenicag.az

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv