Bu gün Əhmədli metrostansiyasında özünü intihar məqsədilə qatarın altına atan şəxsin kimliyi müəyyənləşib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin AzNews.az-a verdiyi məlumata görə, həmin şəxs 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur.
Onun intihar səbəbləri araşdırılır.
N.Paşayev bildirib ki, artıq qatarların hərəkəti bərpa olunub.